Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

04:56 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu ilin doqquz ayında Balakən rayonuna 20 min nəfərə yaxın turist gəlib
Bu ilin doqquz ayında Balakən rayonuna 20 min nəfərə yaxın turist gəlib
ANA SƏHİFƏ / Turizm
09:10 22.10.2014

Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu əlverişli coğrafi mövqeyi, mülayim iqlim şəraiti və təbiət gözəllikləri ilə turistlərin diqqətini daim cəlb edir. Rayon ərazisində turistlər üçün maraqlı ola biləcək qədim tarixi abidələr, zəngin fauna və flora, meşələr, çaylar, şəlalələr, istirahət guşələri, parklar mövcuddur.
Balakənin 2014-cü ildə “Azərbaycanın Folklor Paytaxtı” elan edilməsi və bununla əlaqədar keçirilən tədbirlər, festivallar turistlərin bu rayona marağının daha da artmasına səbəb olub.
Rayon mədəniyyət və turizm şöbəsindən AzərTAc-a bildiriblər ki, cari ilin doqquz ayı ərzində rayona 20 min nəfərə yaxın yerli və xarici turist gəlib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə rayona gələn turistlərin sayı 2 min nəfərdən çox artıb.
Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının qərarı ilə Balakən rayonu respublikamızın 4 nömrəli turizm marşrutuna daxil edilib. Rayon üzrə 12 turizm marşrutu və rekresiya zonaları müəyyənləşdirilib. Rayona gələn turistlər daha çox kənd yaşıl, dağ, atçılıq, ovçuluq turizm növlərinə maraq göstərirlər. Bundan əlavə, dörd ulduzlu “Qubek” mehmanxanasının yerləşdiyi Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkı da turistlərin ən çox üz tutduqları məkanlardandır. Burada turistlərin əylənməsi üçün hər cür şərait yaradılıb. Parkda quraşdırılan 1200 metr uzunluğunda kanat yolu daim turistlərin ixtiyarındadır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM