25 Dekabr 2011 02:12
935
Hüquq məsləhəti
A- A+

Oxucuların suallarına cavab verir

 

Ərim vəfat edib. 56 yaşım var. Bilmək istərdim, mənim ailə başçısını itirməyə görə pensiya almaq hüququm varmı?

 

Simuzər Balayeva,

Oğuz rayonu

 

- "Əmək pensiyaları haqqında" qanunun 14.1.2-ci maddəsinə görə, ata, ana, ər, arvad bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır.

Həmin qanunun 17.1-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.

Adıçəkilən qanunun 7-ci maddəsində əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsinə əsasən bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.

Göründüyü kimi, sizin ailə başçısını itirməyə görə pensiya almaq hüququnuzun yaranması üçün pensiya yaşına çatmanız (hazırda pensiya yaşı qadınlar üçün 58 yaşdır), ölüm gününədək ərinizin ən azı 5 il sığorta stajının olması lazımdır.  Amma sualınızdan aydın olur ki, siz pensiya yaşına çatmamısınız. Odur ki, siz ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik deyilsiniz.  

 

Yaxın qohumumun adına etibarnamə vermişəm. Həmin etibarnamənin müddətinin bitməsinə hələ 9 ay vardır. Etibarnaməni ləğv edə bilərəm?

 

Məmməd NƏcƏfov,

Bakı şəhəri

 

- İstənilən vaxt həmin etibarnaməni ləğv etmək hüququnuz var. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.2-ci maddəsinə görə etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər.

Bu halda, həmin etibarnamənin qüvvəsinə xitam veriləcəkdir.

Qeyd edək ki, etibarnaməni ləğv etdiyiniz halda, siz bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyiniz sizə məlum olan üçüncü şəxsləri xəbərdar etmək vəzifəsi daşıyırısınız (Mülki Məcəllə, 366.1-ci maddə). 

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video