Alternative content

05:40 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:10 19.10.2014

 

Turizm firmalarından biri ilə müqavilə bağlayıb ailə üzvlərimlə xarici ölkəyə getdik, lakin orada hoteldəki şərait müqavilə şərtlərinə uyğun olmadığından istirahət edə bilməyərək geri qayıtmışıq. Firma ödədiyimiz pulu geri qaytarıb. İndi firmadan mənə və ailə üzvlərimə  vurulan mənəvi ziyanın da ödənilməsini tələb edə bilərəm?

 

Rəşid Şahmalıyev,

Bakı şəhəri

 

- "Turiz

m haqqında" qanunun 6-cı maddəsinin 1.4-cü hissəsinə görə, turist  mənəvi zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək hüququna malikdir.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun  5-ci maddəsinin I hissəsinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 12-ci maddəsinə uyğun olaraq, istehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.

Odur ki, sizin və ailə üzvlərinizin mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnuz vardır. Turizm firmasının müqavilə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində istehlakçı kimi hüquqlarınızın pozulma faktının müəyyənləşdirilməsi iddianızın təmin olunması üçün yetərli olacaqdır. Zərərin məbləğinin müəyyənləşdirilməsi səlahiyyəti isə məhkəməyə məxsusdur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi