18 Oktyabr 2014 01:10
923
Turizm
A- A+

Fransa saytı Azərbaycanın turizm imkanlarından bəhs edib

Fransanın nüfuzlu internet saytında Azərbaycanın turizm imkanlarından bəhs edən “ Azərbaycan Avrasiyanın ürəyində xəzinə” sərlövhəli məqalə yerləşdirilib.
Azərbaycanın Avropa ilə Asiyanın qovuşduğu məkanda, tarixilik və müasirlik arasında yerləşdiyini diqqətə çatdıran məqalənin müəllifi Kuentən Dezurmon ölkəmizin nadir tarixi və zəngin mədəniyyəti barədə Fransa oxucularına ətraflı məlumat verib.
Müəllif Azərbaycanın istirahət üçün populyar yer olmamasını iddia edənlərin fikirlərinin tamamilə səhv olduğunu vurğulayır. O, Asiya ilə Avropa arasında tarixən körpü rolu oynayan ölkəmizdə istirahət üçün hər cür şərait yaradıldığını və müxtəlif turizm marşrutları olduğunu bildirib.
Məqalədə keçmiş SSRİ-nin respublikalarından biri olan Azərbaycanın çoxlu sayda tarixi, mədəni və dini irslə zəngin ölkə olduğu qeyd edilib.
Azərbaycanın paytaxtı Bakını əsl istirahət mərkəzi kimi səciyyələndirən fransız jurnalisti şəhərdə müasir arxitektura layihələri ilə tikilən yeni binalarla yanaşı, dünyəvi əhəmiyyətli tarixi abidələrlə zəngin olduğunu da xatırladıb. Enli və hündür qala divarları arxasında orta əsrlərə məxsus Şirvanşahlar sarayının, möhtəşəm Qız qalasının ölkəmizin tarixiliyindən xəbər verdiyi, turistlərin ən çox xoşladıqları yer olduğu məqalədə öz əksini tapıb.
Məqalədə Bakıdan bir qədər aralıqda Zərdüştlük dövrünün yadigarı “Atəşgah” məbədində alovun daima şölələnməsindən, bu alovun əslində Azərbaycanın yeraltı sərvətlərlə, xüsusilə neftlə zənginliyinə dəlalət etməsindən, İkinci Dünya müharibəsində Azərbaycan neftinin oynadığı roldan və dünyada ilk dəfə məhz ölkəmizdə Xəzər dənizi üzərində “Neft daşları” adlı şəhərciyin salınmasının bir möcüzə olmasından bəhs edilib.
Məqalədə Qobustan qayalarından da ətraflı söhbət açılıb. Eramızdan əvvəlki min illiklərə təsadüf edən Qobustan qədim sivilizasiya məkanı hesab edildiyi və qaya üzərində həkk olunan rəsmlər vaxtilə burada yaşayan insanların mədəniyyətindən xəbər verdiyi bildirilib.
Müəllif Qobustanın həm də palçıq vulkanları ilə məşhur olmasından, bu vulkanların bəzilərinin müəyyən vaxtlarda oyandığını və onların əmələ gətirdiyi palçığın insan səhhəti üçün xeyirli cəhətlərindən söhbət açıb.
Məqalədə İpək Yolu üzərində yerləşən Şamaxının Azərbaycanın ən qədim şəhərlərindən biri olduğu, baş verən zəlzələlər nəticəsində şəhərin dağıldığı və sonradan yenidən qurulduğu, tarixi abidələr arasında Cümə məscidinin xüsusi yer tutduğu vurğulanıb.
Müəllif dağlar qoynunda yerləşən İsmayıllı rayonunun Lahıc qəsəbəsi, buradakı ustaların misdən düzəltdikləri müxtəlif məişət alətləri, ölkəmizin dilbər guşəsi Qəbələnin vaxtilə Qafqaz albanlarının paytaxtı olması haqqında oxuculara məlumat verib.
Vaxtilə Qara dənizlə Xəzər dənizi, İran ilə Dağıstan arasında ticarət yolu üzərində yerləşən Şəkinin mədəni irs sahəsində zənginliyindən söz açan jurnalist Şəki xanları sarayının bənzərsiz tarixi abidə olduğunu, onun fasadını bəzəyən şəbəkələrin mürəkkəb quruluşu ilə diqqəti cəlb etdiyini, Kİş kəndindəki alban kilsəsinin eramızın birinci əsrində tikildiyini diqqətə çatdırıb.
Sonda müəllif Azərbaycanda son zamanlar turizm imkanlarının genişləndiyini, yeni turizm infrastrukturlarının istifadəyə verildiyini, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artdığını, müxtəlif və biri-birindən maraqlı turizm marşrutlarının olduğunu bildirib.
Məqalənin tam mətnini http://www.atlantico.fr/rdv/atlantico-grand-large/azerbaidjan-tresor-perdu-au-coeur-eurasia-crtitique-tourisme-voyage-quentin-desurmont-1777529.htm. internet resursuna daxil olmaqla oxumaq mümkündür.


Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video