15 Oktyabr 2014 07:10
909
Turizm
A- A+

Bu ilin doqquz ayında Oğuza 11 min nəfərdən çox turist gəlib

Oğuz rayonu yerli və xarici turistlərin ən çox üz tutduqları turizm bölgələrindəndir. Son illər rayonda turizm infrastrukturunun yaradılması üçün davamlı tədbirlər həyata keçirilir, yollar abadlaşdırılır, yeni parklar salınır, turizm obyektləri inşa edilir. Hazırda rayonda 20-dən artıq turizm və ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. 2014-cü ilin doqquz ayında Oğuz rayonunda 11 mindən çox turist istirahət edib.

Cari ilin ötən dövründə Azərbaycan Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına Sincan-Xaçmaz-Filfili avtomobil yolunun yenidən qurulması layihəsi üzrə işlər davam etdirilib, yola birinci qat asfalt örtüyü döşənib. Hazırda ikinci qat asfalt örtüyünün qoyulması üçün hazırlıq işləri görülür.
AzərTAc xəbər verir ki, bu faktlar 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı Oğuz rayonunda keçirilən hesabat iclasında səsləndirilib.
Bildirilib ki, hesabat dövründə Qarabulaq kəndində tam orta məktəb üçün 160 şagird yerlik yeni bina, Bucaq kəndində isə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə yeni tibb məntəqəsi tikilib istifadəyə verilib. Hazırda Yaqublu kəndində tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın, Oğuz şəhərində hər biri 100 yerlik iki yeni uşaq bağçasının tikintisi davam etdirilir.
Qeyd olunub ki, kənd təsərrüfatı rayonu olan Oğuzun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Cari ildə rayonda 33 min 124 ton taxıl istehsal olunub. Hazırda gələn ilin məhsulu üçün payızlıq taxıl səpini davam edir. İndiyədək 5 min hektardan artıq sahədə şum qaldırılıb, 335 hektar sahəyə taxıl səpilib. Payızlıq və yazlıq əkin sahələrinin becərilməsinə sərf olunan yanacaq və motor yağlarına görə 4221 nəfər məhsul istehsalçısına dövlət büdcəsindən 699 min 672 manat məbləğində yardım ödənilib.
Diqqətə çatdırılıb ki, ötən 9 ayda rayonda 336 yeni, daimi iş yeri açılıb. Ümumi sahəsi 4 min kvadratmetrdən artıq olan 36 fərdi yaşayış evi tikilib istifadəyə verilib.
İclasda, həmçinin əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs olunub, həlli vacib məsələlərə toxunulub. Bildirilib ki, indiyədək Oğuz şəhərinin yalnız 30 faizi SİP kabelləşib. Elektrik dayaq və xətlərinin əsaslı təmirinə ehtiyac vardır. Rayon üzrə qazlaşdırma cəmi 35,3 faiz təşkil edir, 15 kənddə içməli su problemi mövcuddur. Bu məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video