Alternative content

21:31 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ukraynanın populyar “AvtoBiznesTur” jurnalı Azərbaycanda turizm sənayesinin inkişafı haqqında geniş məqalə dərc edib
Ukraynanın populyar “AvtoBiznesTur” jurnalı Azərbaycanda turizm sənayesinin inkişafı haqqında geniş məqalə dərc edib
ANA SƏHİFƏ / Turizm
10:10 09.10.2014

Ukraynanın populyar “AvtoBiznesTur” reklam-informasiya jurnalında ölkəmizin turizm sənayesinin inkişafı haqqında geniş məqalə dərc olunub.

“Azərbaycan – turizm və istirahətin inkişafı yolları” sərlövhəli materialda gözəl təbii landşaftlardan, dənizlərdən, başı qarlı dağlardan bəhs olunur, Azərbaycan xalqının çox zəngin tarixi, mədəni və mənəvi dəyərlərinin təbliği kontekstində turizmin və turizm sənayesinin müxtəlif cəhətləri təhlil edilir.
Məqalədə qeyd olunur ki, son on ildə Azərbaycan turizm sahəsinə investisiya qoyuluşu üçün getdikcə daha cazibədar bir məkana çevrilir. Daha sonra yazıda deyilir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə hökuməti istər paytaxtda, istərsə də təbii-iqlim zonalarını nəzərə almaqla ölkənin müxtəlif regionlarında müasir turizm və istirahət sənayesinin yaradılmasına yönəldilmiş proqramlar işləyib hazırlayıb.
Məqalədə ölkənin qədim Qəbələ şəhərindən, eyniadlı rayondan, “Tufandağ” qış-yay kurortunun dağ xizək kompleksindən və s. obyektlərdən ətraflı bəhs olunur. Özəl investorlar, ilk növbədə Böyük Qafqaz sıra dağlarının ətəklərində iyirmidən çox birinci kateqoriyalı otellər və istirahət zonaları tikmiş “Gilan Holding” şirkəti sayəsində bu rayon regional turizm mərkəzinə çevrilib.
Məqalənin müəllifi Lidiya Koltunova Ukrayna oxucusuna xatırladır ki, Qəbələdə hər il beynəlxalq klassik musiqi, caz və muğam musiqisi festivalı keçirilir. O qeyd edir ki, burada yerləşən “Beltmann piano” - musiqi alətləri istehsalı fabriki azərbaycanlıların fəxridir.
Materialda deyilir: “Qəbələdə beynəlxalq aeroportun açılması ilə Azərbaycanın bu nadir regionuna xarici turistlərin gəlməsi üçün imkanlar genişlənir”.
Məqalə “Qəbələ sizi gözləyir!” dəvəti ilə bitir.
Material jurnalın redaksiyası tərəfindən Azərbaycanın Ukraynadakı səfirliyinin informasiya dəstəyi ilə hazırlanıb.

 

Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev