Alternative content

08:43 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ötən il dünya üzrə turizmdən əldə olunan gəlir 1 trilyon dolları ötüb
Ötən il dünya üzrə turizmdən əldə olunan gəlir 1 trilyon dolları ötüb
ANA SƏHİFƏ / Turizm
08:10 07.10.2014

Son illərdə dünyada turizmin sürətli inkişafı müşahidə olunur. Buna paralel olaraq turizmdən əldə edilən gəlirlər də artır.

Dünya Turizm Təşkilatının hesablamalarına görə, 2000-ci ildə dünya üzrə turizm gəliri 500 milyard, 2004-cü ildə 600, 2009-cu ildə 850 milyard, 2013-cü ildə 1 trilyon dollardan artıq olub.
İnkişaf sürətinə və gəlirlərə görə turizm iqtisadiyyatın əksər sahələrini üstələyərək neft və neft məhsulları ticarəti və avtomobil satışından sonra 3-cü yeri tutur.