Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

12:36 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə görüş
Milli Məclisdə görüş
ANA SƏHİFƏ / Milli Məclis
02:12 22.12.2011

 

Dekabrın 21-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvü,  fransalı deputat Rəşidə Datini qəbul etdi. Sədr qonağı salamlayaraq ümidvar olduğunu bildirdi ki, birgə səylər nəticəsində ölkəmizlə Avropa Parlamenti arasında mövcud olan əməkdaşlıq daha da inkişaf edəcək.  Avropa İttifaqı və bu quruma üzv olan ölkələrlə əlaqələrin daha da genişləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Biz Avropa qurumları ilə birgə fəaliyyəti bundan sonra da genişləndirmək niyyətindəyik.

Oqtay Əsədov onu da qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi tərəqqisinə mane olmaqla yanaşı, həm də Avropa təhlükəsizlik arxitekturası üçün təhlükədir. Biz problemin sülh yolu ilə beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həllinə tərəfdarıq.

Milli Məclisin Sədri Avropa Parlamentində Cənubi Qafqazda vəziyyətlə əlaqədar qəbul olunmuş qətnamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsini yüksək qiymətləndirdi. O, ümidvar olduğunu bildirdi ki, beynəlxalq birliyin səyləri nəticəsində problem tezliklə öz ədalətli həllini tapacaq.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa Parlamentinin üzvü Rəşidə Dati dedi ki, bu onun Azərbaycana ikinci səfəridir. Hər səfərdə  yeni bir inkişaf, yüksəliş nəzərə çarpır. Fransalı deputat qeyd etdi ki, Avropa Parlamenti Qafqazın bu ölkəsi ilə əlaqələrin inkişafına böyük önəm verir. Qurum təkcə enerji sahəsində deyil, parlamentlər səviyyəsində, mədəni, humanitar sahələrdə də əməkdaşlıqda  maraqlıdır.

Sonda ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparıldı.

 

"Azərbaycan"

Foto F.BAĞIROVUNDUR


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM