Alternative content

01:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Dünya Turizm Təşkilatının icraiyyə şurasının 99-cu iclasında təmsil olunur
Azərbaycan Dünya Turizm Təşkilatının icraiyyə şurasının 99-cu iclasında təmsil olunur
ANA SƏHİFƏ / Turizm
01:10 01.10.2014

Oktyabrın 1-də Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Dünya Turizm Təşkilatının icraiyyə şurasının 99-cu iclası işə başlayıb.

İcraiyyə şurasının iclasına mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, oktyabrın 4-dək davam edəcək iclasda cari ildə beynəlxalq turizmin inkişafı və onun 2015-ci ildə inkişaf perspektivləri, turizmin əsas istiqamətləri, işçi qrupların hesabatları, təşkilatın maliyyə vəziyyəti, təşkilatın icraiyyə şurasının 2015-ci il üçün sədr və sədr müavinin seçilməsi və digər məsələlər müzakirə olunacaq.
Tədbirdə Əbülfəs Qarayevin Azərbaycanda turizm sahəsində həyata keçirilən tədbirlər və layihələr barədə çıxışı nəzərdə tutulur.