Alternative content

16:20 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV «Azərbaycan Respublikası Milli Məclisinə dəstək» adlı Tvinninq layihəsi başa çatmışdır
«Azərbaycan Respublikası Milli Məclisinə dəstək» adlı Tvinninq layihəsi başa çatmışdır
ANA SƏHİFƏ / Milli Məclis
03:12 21.12.2011

 

"Azərbaycan Respublikası Milli Məclisinə dəstək" adlı Tvinninq layihəsi başa çatmışdır. Bununla əlaqədar dekabrın 20-də Milli Məclisdə beynəlxalq konfrans keçirilmişdir.

Milli Məclis Aparatının və Azərbaycan tərəfindən layihənin rəhbəri Səfa Mirzəyev demişdir ki, Avropa İttifaqı gənc, müstəqil dövlətlərin inkişafı üçün 280-dən çox layihə həyata keçirir. Tvinninq bu layihələr içərisində ilk üçlüyə düşmüşdür. Layihənin Azərbaycanda həyata keçirilməsi üçün elan olunmuş tenderdə Litva Respublikası qalib gəlmişdir.

Layihə iki ildən bir qədər artıq müddətdə 4 mərhələdə həyata keçirilmişdir. Birinci mərhələdə Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə yaxınlaşdırılması nəzərdə tutulmuşdur. "Normativ hüquqi aktlar haqqında" qanun qəbul olunmuş, Azərbaycan Respublikasının Tikinti Məcəlləsi parlamentin müzakirəsindədir. Rəqabət Məcəlləsi üzərində işlər davam etdirilir.

İkinci mərhələdə qanunverici orqanla icraedici strukturlar arasında əlaqələrin inkişafı nəzərdə tutulmuşdur və bu sahədə də müəyyən işlər görülmüşdür.

Layihənin üçüncü mərhələsi normativ hüquqi aktların qəbulundan sonra onun cəmiyyətdə təsbitinə həsr olunmuşdur. Bunda məqsəd qanunların cəmiyyətdə daha yaxşı başa düşülməsi və icra olunmasıdır.

Sonuncu, dördüncü mərhələdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafı, cəmiyyətdə Avropa İttifaqının daha çox tanınması nəzərdə tutulmuşdur. Bununla əlaqədar xüsusi portal yaradılmışdır.

S.Mirzəyev bildirmişdir ki, layihə tam yerinə yetirilmiş və qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.

Sonra Litva Seymi Aparatı müdirinin müavini və layihənin Litva tərəfindən rəhbəri Qediminas Aleksonis çıxış etmiş, layihənin icrasına göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir. O demişdir ki, Tvinninq layihəsi Avropa İttifaqının xarici siyasətinin əsas elementlərindən biridir. Məqsəd gənc, müstəqil dövlətlərin inkişafına və Avropaya inteqrasiyasına köməklik göstərməkdir. 2009-cu il sentyabrın 25-dən başlamış bu layihə çərçivəsində 68 tədbir keçirilmiş və həmin tədbirlərdə 70 ölkədən 40 ekspert iştirak etmişdir. Ekspertlər Azərbaycanın dinamik inkişafından razı qalmış və Tvinninq layihəsində iştirakını yüksək qiymətləndirmişlər.

Sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Andrey Valentinov, Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Fuad Muradov və başqaları çıxış edərək Azərbaycanın Tvinninq layihəsindəki fəal iştirakından, layihənin əhəmiyyətindən, parlamentlərarası əlaqələrin inkişaf perspektivlərindən danışmışlar. Azərbaycan Parlamentinin və hökumətinin Avropa İttifaqı və onun ayrı-ayrı strukturları, o cümlədən Avropa Komissiyası və Avropa Parlamenti ilə əməkdaşlığını yüksək qiymətləndirmişlər.

Sonra məruzələr dinlənilmiş, rəy və təkliflər səsləndirilmişdir.

Konfrans başa çatdıqdan sonra layihə rəhbərləri Səfa Mirzəyev və Qediminas Aleksonis jurnalistlərin suallarını cavablandırmışlar.

 

AzərTAc


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM