Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:30 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nikaha daxil olmaq üçün hansı sənədləri təqdim etməliyik? Bu zaman tibbi müayinədən keçmək məcburidir?
Nikaha daxil olmaq üçün hansı sənədləri təqdim etməliyik? Bu zaman tibbi müayinədən keçmək məcburidir?
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:08 14.08.2011

 

Nikaha daxil olmaq üçün hansı sənədləri təqdim etməliyik? Bu zaman tibbi müayinədən keçmək məcburidir?

Elvin Abbaslı,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq olunmuş "Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 3.2-ci bəndinə görə, nikaha daxil olmağı arzu edənlər bu barədə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə şəxsən yazılı ərizə verirlər. Həmin qaydanın 3.3-cü bəndinə görə, ərizədə nikahın bağlanmasına mane olan halların - nikahın yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar) arasında, övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanması hallarının olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyad göstərilməli və ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir.

"Dövlət rüsumu haqqında" qanunun 12.1-ci maddəsinə görə, nikahın qeydə alınması üçün 5 manat məbləğində dövlət rüsumu ödənilir.      

 Beləliklə, ilk dəfə nikaha daxil olanlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqələrini, yuxarıda adıçəkilən ərizəni və dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim etməlidirlər. Əvvəllər nikahda olmuş şəxslər isə sadalanan sənədlərlə birlikdə, həm də nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsini (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı təqdim etməlidirlər (Qaydanın 3.6-cı bəndi).

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü maddəsi nikaha daxil olan şəxslərin tibbi müayinədən keçmək hüququnu təsbit edir, lakin bu, məcburi deyil və nikaha daxil olan şəxslərin razılığı ilə mümkündür.

Cavablandırdı:

 

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM