20 Dekabr 2011 02:12
819
Milli Məclis
A- A+

Milli Məclisdə görüş

 

Dekabrın 19-da Milli Məclisin Sədri Oqtay Əsədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının həmsədri Xose Klaveriya de Venesiya ilə görüşmüşdür.

Görüşdə qonağa müstəqil Azərbaycanın son iyirmi ildə əldə etdiyi uğurlar barədə məlumat verildi. Parlamentin Spikeri bildirdi ki, müstəqil xarici siyasət yeridən Azərbaycan dünya ölkələri, o cümlədən Filippinlə əlaqələrin inkişafına maraq göstərir. Ölkəmiz dünyanın nüfuzlu beynəlxalq qurumları ilə də faydalı əməkdaşlıq edir. Bu baxımdan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı ilə Yeni Azərbaycan Partiyası arasındakı əlaqələr təqdirəlayiqdir. Azərbaycanın iqtidar partiyasının 200-ə yaxın siyasi qurumu özündə birləşdirən belə bir nüfuzlu təşkilatın Daimi Komitəsinin üzvü olması bizim üçün çox önəmlidir. Biz siyasi qurumlar arasında münasibətlərin inkişafını bölgə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli  hesab edirik.

Sədr Azərbaycanla Filippin arasında münasibətlərin dərinləşməsində parlamentlərin önəmli rol oynaya biləcəyini söylədi.

Qəbul üçün minnətdarlığını bildirən Xose Klaveriya de Venesiya müxtəlif vaxtlarda Filippində beş dəfə Nümayəndələr Palatasına sədrlik etdiyini diqqətə çatdırdı. Bildirildi ki, o, dövlətlərarası əməkdaşlığın inkişafında parlamentlərin rolunu yaxşı başa düşür və bu istiqamətdə səyləri təqdir edir. Qonaq təmsil etdiyi qurumla YAP arasında yaranmış əlaqələri yüksək qiymətləndirdi. Gələcəkdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində birgə layihələr həyata keçirmək fikrində olduğunu söylədi.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video