Alternative content

19:06 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Parisdə keçirilən “Top Resa 2014” beynəlxalq turizm sərgisində iştirak edir
Azərbaycan Parisdə keçirilən “Top Resa 2014” beynəlxalq turizm sərgisində iştirak edir
ANA SƏHİFƏ / Turizm
06:09 23.09.2014

Sentyabrın 23–də Fransanın paytaxtı Paris şəhərində “Top Resa 2014” beynəlxalq turizm sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, sentyabrın 26-dək davam edəcək sərgidə Azərbaycan Respublikası da geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirmək üçün 50 kvadratmetr sahədə lövhə quraşdırılıb, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanılması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, “Top Resa” beynəlxalq turizm sərgisində iştirak edir. Ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 164 ölkədən 1200-ə yaxın şirkət iştirak edib.