13:45 18 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / HÜQUQ MƏSLƏHƏTI
02:09 21.09.2014

 

Boşananda aliment tələb etməmişəm. O vaxtdan artıq 7 il keçir. Hazırda oğlumun 13 yaşı var. İndi keçmiş ərimdən ödəmədiyi 7 illik alimenti tələb edə bilərəm?

 

Lamiyə Nəcəfli,

Gəncə şəhəri

 

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə, aliment almaq hüququ olan şəxs aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

Həmin məcəllənin 100.3-cü maddəsinə uyğun olaraq, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

Göründüyü kimi, aliment tələbi ilə məhkəməyə müraciət etmək hüququ hər hansı müddətlə məhdudlaşdırılmır. Əgər işə baxan məhkəmə, sizin aliment almaq üçün məhkəməyə müraciət edənədək hər hansı tədbirlər gördüyünüzü, lakin ərinizin aliment verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, onda məhkəmə əvvəlki dövr üçün alimenti 7 illik deyil, 3 illik müddət həddində verilməsi barədə qərar qəbul edə bilər. Əks halda, aliment sizin məhkəməyə müraciət etdiyiniz vaxtdan tutulacaqdır (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi).

 

Cavablandırdı:

Aqil LAYICOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM