Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

07:14 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:12 18.12.2011

 

Orta məktəbdə ana dili və ədəbiyyat müəllim işləyirəm. Səkkiz və on yaşlarında iki uşağım var. Yetkinlik yaşına çatmayan iki uşağa görə mənə əlavə məzuniyyət verilməlidirmi?

Xalidə CƏlilova,

Ağdaş rayonu

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 117-ci maddəsinin I hissəsinə görə, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Həmin maddənin IV hissəsinə əsasən, bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir.

Adıçəkilən Məcəllənin 118-ci maddəsinin I hissəsinin "b" bəndinə uyğun olaraq, bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa) əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir.

Beləliklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 117-ci maddəsinin IV hissəsi sizə 2 gün müddətinə əlavə məzuniyyət verilməsini istisna edir.

 

Yaşa və əlilliyə görə əmək pensiyası almaq hüququm vardır. Bu pensiyaların hər ikisini eyni vaxtda ala bilərəm?

Lütfi BƏkirov,

Bakı şəhəri

 

- "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM