Alternative content

03:25 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Muxtar respublikaya 200 mindən çox turist gəlib
Muxtar respublikaya 200 mindən çox turist gəlib
ANA SƏHİFƏ / Turizm
10:09 14.09.2014

Cari ilin ötən səkkiz ayında muxtar respublikaya 200 mindən çox turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a verilən məlumata görə, ildən-ilə muxtar respublikaya gələn əcnəbi turistlərin sayında artım müşahidə olunmaqdadır. Bəhs olunan dövrdə Naxçıvana gələn turistlərin 84 min nəfərə yaxını xarici ölkələrin vətəndaşlarıdır.
Bu baxımdan təkcə cari ilin avqust ayında muxtar respublikaya 11 min 333 əcnəbi gəlib. Muxtar respublikaya Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Avropa İttifaqı ölkələri, ABŞ, Baltikyanı ölkələr, Koreya Respublikası, Çin və digər dövlətlərdən turist axını müşahidə edilməkdədir.
Əcnəbilərin Naxçıvanda olduqları müddətdə ən çox maraqlandıqları məkanlar sırasında isə muxtar respublikanın tarixi yerləri, mədəniyyət obyektləri, təbiət abidələri, ziyarətgahlar üstünlük təşkil edir. Onlara lazım olan xidmətlərin göstərilməsi üçün isə hər cür şərait mövcuddur.
Muxtar respublikaya rekreasiya, ziyarət, işgüzar, müalicə, tanışlıq və s. məqsədlərlə səfər edən turistlərə müasir standartlara uyğun mehmanxana və nəqliyyat xidmətləri təklif olunur, onlar üçün ekskursiyalar təşkil edilir.
“Gəmiqaya turizm” firması, Naxçıvan Muxtar Respublikası Turizm və Ekskursiyalar Birliyi bu işlərin təşkilində fəallıq göstərirlər.