Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

13:26 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzt oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzt oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:09 14.09.2014

 

Azərbaycan əzazisində immiqrant statusu olan Türkiyə Respublikasının vətəndaşıyam. Azərbaycan Respublikasının vətəndaşını  övladlığa götürmək istəyirəm. Bunun üçün hara müraciət etməliyəm və hansı  sənədlər tələb olunur?

 

H.Yılmaz,

Bakı şəhəri

 

- Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyat şöbələrində  qeydə alındıqdan sonra yol verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir.  Uşaqlar Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ümumi uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılır.

Uşaqları övladlığa götürməyi arzu edən şəxsin (şəxslərin) uçota götürülmək üçün təqdim etdiyi məlumatlar bir il müddətində etibarlıdır. Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı" müəyyənləşdirilmişdir. Həmin siyahıda qeyd olunan xəstləliyin olmamasına dair tibbi rəy də məhkəməyə təqdim edilməlidir.  Valideynlik hüququndan məhrum edilmiş şəxslər istisna olmaqla, digər hallarda uşaqların övladlığa götürülməsi zamanı onların valideynlərinin razılığı lazımdır. Uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa görülüməsinə dair ərizəyə aşağıdakılar əlavə edilməlidir: 

- uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə - övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;

- uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə - övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;

-  övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;

- övladlığa götürənlərin (götürənin)  tutduğu vəzifə və əməkhaqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;

- yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd;

-  Azərbaycan Respublikasının vətəndaşı olan uşağın xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa görülüməsi haqqında ərizəyə səlahiyyətli orqanların onların həyat şəraiti və övladlığa götürmək imkanları barədə rəyi, müvafiq dövlətin səlahiyyətli orqanının övladlığa götürülən uşağın onun ərazisinə gəlməsinə və orada yaşamasına icazəsi əlavə olunur.

Cavablandırdı:

 

Aqil LAYICOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM