Alternative content

11:26 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək
«Hərbi vəzifə və hərbi xidmət haqqında» qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək
ANA SƏHİFƏ / Milli Məclis
03:12 17.12.2011

 

Dekabrın 16-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. Deputatları salamlayan Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov gündəlikdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin olduğunu bildirdi. Layihənin preambulasında qeyd edilir ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin

I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyən edir.

Ziyafət Əsgərovun sözlərinə görə, qanun layihəsinin Milli Məclisdə birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra təkliflər səsləndirilib. Lakin bu təkliflərin çoxu sözügedən qanun layihəsinin predmeti deyil. Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı təkliflərə gəlincə isə, Ziyafət Əsgərovun fikrincə, indiki şəraitdə bu, məqbul deyil.

Müzakirələr zamanı Azərbaycanın müharibə şəraitində olduğunu deyən deputat Elman Məmmədovun sözlərinə görə, bu gün əsas vəzifələrdən biri torpaqların işğaldan azad edilməsidir. Ona görə bu istiqamətdə bütün imkanlar səfərbər olunmalıdır. Elman Məmmədov təhsil almağa görə əsgərliyə getməməyin əleyhinə olduğunu bildirdi. Həmçinin qeyd edildi ki, magistr pilləsində təhsil alanların əksəriyyəti sonra elm dalınca getmir.

İclasda komitənin digər üzvləri də layihə ilə bağlı rəy və təkliflərini bildirdilər. Həmçinin mütəxəssislərin və ekspertlərin deputatların qaldırdıqları məsələlərlə bağlı fikirləri dinlənildi. Yekunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

"Azərbaycan"