Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

22:45 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni qanun layihələri hazırlanmışdır
Yeni qanun layihələri hazırlanmışdır
ANA SƏHİFƏ / Milli Məclis
02:12 16.12.2011

 

Dekabrın 15-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclasda əvvəlcə "Sosial xidmət haqqında"  qanun layihəsi müzakirə olundu. Komitənin sədri Hadı Rəcəbli bildirdi ki, "Sosial xidmət haqqında" qanun layihəsinin parlamentdə ikinci oxunuş müzakirəsi zamanı deputatların irəli sürdükləri rəy və təkliflər işçi qrupu tərəfindən nəzərə alınmış və sənəd xeyli təkmilləşmişdir. Layihə üçüncü oxunuşda müzakirəyə çıxarılmağa tam hazırdır.

İclasda qeyd edildi ki, sosial müdafiəyə ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq bu qanun Konstitusiyanın bir neçə maddəsinə uyğun olaraq ölkədə çətin şəraitdə yaşayan şəxslərə sosial xidmətin göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

İclasda "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" yeni hazırlanmış qanun layihəsi də müzakirə edildi. Bildirildi ki, ciddi və maliyyə tutumlu müalicə tələb edən bu xəstəliyin dünyada geniş yayılması ölkəmizdə bu sahədə yeni qanunun hazırlanması zərurətini yaradıb. Qüvvəyə mindikdən sonra bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin müvafiq bəndinə əsasən dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyəcək.

Layihədə ümumi anlayışlarla yanaşı, dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət təminatının formaları, dağınıq skleroz üzrə Dövlət Proqramı, bu xəstəliyə tutulmuş şəxslərin hüquqları, onların registri, tibbi yardımın göstərilməsi və digər məsələlər əksini tapıb.

Müzakirələr zamanı komitə üzvləri qanun layihəsi ilə bağlı rəy və təkliflərini bildirdilər. Qeyd olundu ki, ölkədə bu xəstəliyin dəqiq statistikası aparılmalı, ixtisaslaşmış sosial xidmət mərkəzləri yaradılmalıdır.

Müzakirələrdən sonra hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olundu.

 

"Azərbaycan"


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM