Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, büronun ilk dəfə keçirəcəyi tədbir sentyabrın 4-də “Fairmont Baku” mehmanxanasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrliyi ilə baş tutacaq.
Büroya üzv olan mehmanxana və turizm fəaliyyəti ilə məşğul olan şirkətləri, Azərbaycanın biznes turizmi sahəsində çalışan müxtəlif şirkət və firmaları bir araya gətirəcək tədbirin əsas məqsədi iştirakçıları AKB-nin məqsəd və hədəfləri ilə daha yaxından tanış etmək, qurumun təsis olunmasından ötən vaxt ərzində gördüyü işlər və gələcək planlarını təqdim etməkdir.