Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Yaşadığımız ev qəzalı vəziyyətdədir.
Bu səbəbə görə evimiz icra hakimiyyəti tərəfindən mülkiyyətin dövlət ehtiyacı olduğu üçün alına bilərmi?
Camal İslamoğlu,
Xırdalan şəhəri
Evlərin qəza vəziyyətində olması zamanı əvvəl müvafiq icra hakimiyyəti orqanı və yaxud evdə məskunlaşan ev sahibinin müraciəti ilə komissiya təşkil edilir, evin qəzalı vəziyyətdə olub-olmaması qiymətləndirilir. Zərurət olduqda vətəndaşlar evdən evakuasiya edilərək müvəqqəti digər mənzillərlə təmin edilir. Evin qəzalı vəziyyəti bərpa edildikdən sonra vətəndaşın özünə qaytarılır.
Qeyd etməliyik ki, Azərbaycan qanunvericiliyi ancaq torpaqların dövlət ehtiyacı üçün alınmasına icazə verir. Bu barədə Azərbaycan Respublikasının "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında" Qanunu qəbul edilmişdir. Həmin qanunda konkret olaraq hansı hallarda dövlət ehtiyacının olması meyarları dəqiq müəyyənləşdirilmişdir. Bu hallardan başqa genişləndirici təfərrüat ilə inzibati orqanlar hərəkət edə və şəxsləri mülkiyyət hüququndan məhrum edə bilməz. Belə ki, həmin qanun ancaq torpaqlara münasibətdə tətbiq olunur. Evlərə nisbətdə tətbiq oluna bilməz.
Cavablandırdı:
Aqil Layıcov,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi