Alternative content

07:55 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüqüq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüqüq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:08 17.08.2014

 

Yaşadığımız ev qəzalı vəziyyətdədir.

Bu səbəbə görə evimiz icra hakimiyyəti tərəfindən mülkiyyətin dövlət ehtiyacı olduğu üçün alına bilərmi?

 

Camal İslamoğlu,

Xırdalan şəhəri

 

Evlərin qəza vəziyyətində olması zamanı əvvəl müvafiq icra hakimiyyəti orqanı və yaxud evdə məskunlaşan ev sahibinin müraciəti ilə komissiya təşkil edilir, evin qəzalı vəziyyətdə olub-olmaması qiymətləndirilir. Zərurət olduqda vətəndaşlar evdən evakuasiya edilərək müvəqqəti  digər mənzillərlə təmin edilir. Evin qəzalı vəziyyəti bərpa edildikdən sonra vətəndaşın özünə qaytarılır.

Qeyd etməliyik ki, Azərbaycan qanunvericiliyi ancaq torpaqların dövlət ehtiyacı üçün alınmasına icazə verir. Bu barədə  Azərbaycan Respublikasının "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında" Qanunu qəbul edilmişdir. Həmin qanunda  konkret olaraq hansı hallarda dövlət ehtiyacının olması meyarları dəqiq müəyyənləşdirilmişdir. Bu hallardan başqa genişləndirici təfərrüat ilə inzibati orqanlar hərəkət edə və şəxsləri mülkiyyət hüququndan məhrum edə bilməz. Belə ki, həmin qanun ancaq torpaqlara münasibətdə tətbiq olunur. Evlərə nisbətdə tətbiq oluna bilməz.

 

Cavablandırdı:

Aqil Layıcov,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi