Alternative content

13:42 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Sədri Oqtay ƏSƏDOV: «Azərbaycan Macarıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir»
Milli Məclisin Sədri Oqtay ƏSƏDOV: «Azərbaycan Macarıstanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir»
ANA SƏHİFƏ / Milli Məclis
03:12 10.12.2011

 

Macarıstanda səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədov dekabrın 9-da ölkə Prezidenti Pal Şmittlə görüşmüşdür. Macarıstanın dövlət başçısı Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğuladı.

Söhbətdə Pal Şmitt Azərbaycana səfərini məmnunluqla xatırladaraq ölkəmizdə keçirdiyi görüşləri və aparılan danışıqları münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətli hesab etdi. O, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyətinin Macarıstana səfərini əlaqələrimizin intensiv xarakter almasının göstəricisi kimi dəyərləndirdi.

Görüşdə Azərbaycanın müstəqillik illərində - qısa zamanda böyük uğurlar əldə etdiyini vurğulayan Macarıstan Prezidenti gələcəkdə olimpiya oyunlarının ölkəmizdə keçirilməsini dəstəklədiyini vurğuladı. Avropa Birliyinin qonşu dövlətlərlə əlaqələrindən söz açan Pal Şmitt  Türkiyənin quruma üzv seçilməsinə tərəfdar olduğunu söylədi.

Milli Məclisin Sədri parlament nümayəndə heyətinin Macarıstana səfərini yüksək qiymətləndirərək bu cür səfərlərin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırdı. Qeyd edildi ki, müstəqil Azərbaycan Macarıstanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Avropa strukturlarına inteqrasiya ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir.

Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparıldı.

Həmin gün nümayəndə heyətimiz Macarıstan-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşmüşdür. Görüşdə parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, deputatların beynəlxalq qurumlarda fəaliyyəti barədə fikir mübadiləsi aparılmışdır.

Səfər zamanı ölkəmizin Macarıstandakı səfirliyində ulu öndər  Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilmişdir. Burada tanınmış pianoçu, əməkdar artist Murad Hüseynovun ifasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan və macar bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı səsləndirilmişdir.

Tədbirdə Milli Məclisin Sədri Oqtay Əsədov, Macarıstan parlamentinin vitse-spikeri Zoltan Vaslo, ölkənin milli iqtisadiyyat nazirinin birinci müavini, Macarıstan-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri xanım Roza Nac, hər iki ölkə parlamentlərinin deputatları, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, macar ictimaiyyətinin və Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.

 

Milli Məclisin mətbuat xidməti