Alternative content

22:39 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
02:12 10.12.2011

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh edilməsinə dair 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin, ekspertlərin rəylərini və mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, hüquqi şəxsin xalis mənfəəti dividend şəklində səhmdarlar arasında bölüşdürülmədiyinə, səhmdarlara ödənilmədiyinə və səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirmədiyinə görə, onun nizamnamə kapitalının artırılmasına yönəldilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsində nəzərdə tutulmuş dividend anlayışı ilə əhatə olunmur və dividendlərin vergiyə cəlb edilməsi üzrə vergi qanunvericiliyinin müddəaları bu əməliyyatlara şamil edilmir.

Bölüşdürülməmiş mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi nəticəsində səhmdarların səhmlərinin nominal dəyərinin artırılması yalnız səhmlərin təqdim olunduğu halda fiziki şəxs olan səhmdarın gəlir vergisinin, hüquqi şəxs olan səhmdarın isə mənfəət vergisinin hesablanmasına səbəb ola bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

AzərTAc