Alternative content

16:01 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlament nümayəndə heyətinin Macarıstana səfəri davam edir
Parlament nümayəndə heyətinin Macarıstana səfəri davam edir
ANA SƏHİFƏ / Milli Məclis
02:12 09.12.2011

 

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində səfərdədir.

Dekabrın 8-də nümayəndə heyəti Macarıstan Milli Assambleyasında olmuş, ölkə parlamentinin fəaliyyəti ilə yaxından maraqlanmışdır.

Milli Məclisin Sədri Oqtay Əsədovun Macarıstan Milli Assambleyasının Sədri Laszlo Köver ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşü keçirilmişdir. Görüşdə parlamentlərarası əlaqələrin bugünü və gələcək inkişaf perspektivləri, dövlətlərarası münasibətlərin inkişafında qanunverici orqanların rolu və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonra hər iki spiker mətbuat nümayəndələrinə görüşün nəticələri barədə açıqlama vermişlər. Milli Məclisin Sədri Oqtay Əsədov burada parlamentin Xatirə kitabına öz ürək sözlərini yazmışdır. Parlament nümayəndə heyəti Macarıstan Milli Assambleyasının qədim binası ilə tanış olmuş, ölkə parlamentinin tarixi ilə maraqlanmışdır.

Həmin gün nümayəndə heyəti Budapeşt şəhərinin meri və ölkənin Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Roza Naqi ilə görüşmüşdür.

Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında söhbətlər aparılmışdır.

Səfər çərçivəsində keçirilən görüşlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Xanhüseyn Kazımlı, Cavanşir Feyziyev və parlament Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edirdilər.

Parlament nümayəndə heyətinin Macarıstana səfəri davam edir.

 

Milli Məclisin

mətbuat xidməti