Alternative content

04:20 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:08 03.08.2014

 

5 sot torpağım var. Torpaq çıxarışında təsərrüfat üçün sahibkarlara verilən torpaq sahəsi yazılıb.  İcra hakimiyyəti həmin torpaq sahəsində fərdi ev tikintisi aparmaq üçün mənə sərəncam verib.  Ev tikildikdən sonra mən bu evə  çıxarış ala bilərəm?

 

Gülağa Əliyev,

Bakı şəhəri

 

- Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə, torpaqlar təyinatına görə müxtəlif kateqoriyalara bölünür. Bu kateqoriyalara, həmçinin, kənd təsərrüfatı təyinatlı torpaqlar,  yaşayış məntəqələrinin torpaqları aiddir. Bu torpaq təsnifatlarının dəyişdirilməsi və bunun nəticəsində digər kateqoriyaya keçməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərinə aiddir. Bütün bu kateqoriya torpaqlar torpaq fondunu əmələ gətirir. Hər bir torpaq təyinatına uyğun istifadə edilməlidir. Bu qadağa Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsində öz əksini tapıb. Həmin maddədə qeyd olunur ki, torpaq sahəsini təyinatına uyğun istifadə etmədikdə, mülkiyyətçinin və ya istifadəçinin torpaq sahəsi üzərində hüquqlarına xitam verilir.

Əgər sizə ayrılan torpaq kənd təssərrüfatı üçün sahibkarlara verilən kateqoriyaya aiddirsə, həmin torpaq üzərində ancaq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tikinti, bina, yardımçı tikililər inşa edə bilərsiniz. İcra hakimiyyətinin kənd təsərrüfatı təyinatlı torpaq üzərində fərdi yaşayış evinin tikintisi üçün icazə verməsi isə qanunsuzdur. Torpaq sahələrinin təyinatına uyğun istifadəsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı gələcəkdə bu məsələ ilə əlaqəli tikdiyiniz evin sökülməsi və torpağın təyinatına uyğun istifadə edilməməsinə görə sizin torpaq üzərində hüquqlarınızın xitamı barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Belə ki, Torpaq və Xəritəçəkmə Komitəsinin Əsasnaməsində qeyd olunur ki, torpaqların təyinatına uyğun istifadə edilməsinə nəzarət etmək, təyinatına uyğun istifadə edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qərarlarını məhkəmə qaydasında mübahisələndirmək komitənin səlahiyyətləri daxilindədir (Əsasnamənin 11.5 və 11.6-cı maddələri).

Odur ki, icra hakimiyyətinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində torpağın təyinatına uyğun gəlməyən sərəncamı və fərdi yaşayış evinin tikintisinin aparılması qanunazidd olduğundan həmin yaşayış sahəsinin çıxarışını ala bilməzsiniz.

 

Cavablandırdı:

Aqil Layıcov,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi