Alternative content

19:42 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:07 20.07.2014

 

Türkiyədə ailə qurmuşam. Lakin  4 ilə yaxındır ki,  Türkiyədə rəsmi qaydada boşanmasam da, oranı tərk edib Bakıya gəlmişəm. Burada yeni nikaha daxil ola bilərəmmi?

 

Ləman Fəridqızı,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə görə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər  arasında nikahın bağlanmasına yol verilmir. Bu məcəllənin 148.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, Ailə Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Əgər Türkiyə Respublikasında bağlanan nikah etibarlıdırsa (yəni Türkiyə Respublikasının ailə qanunvericiliyinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun bağlanmışsa), onda həmin nikah pozulmadan sizin yeni nikaha daxil olmanız mümkün deyil.

Cavablandırdı:

 

Aqil Layıcov,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi