Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

17:13 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnzibati ərazi bölgülərində qismən dəyişikliklər ediləcək
İnzibati ərazi bölgülərində qismən dəyişikliklər ediləcək
ANA SƏHİFƏ / Milli Məclis
01:12 07.12.2011

 

Dekabrın 6-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitənin sədri Arif Rəhimzadə iclasın gündəliyində duran məsələlər  barədə məlumat verdikdən sonra "Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə baxılmışdır. Bildirilmişdir ki, layihədə İsmayıllı rayonunun Mican kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Mican, Qəzli və İsmayıllı kəndləri ləğv edilərək İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilsin.

İclasda parlamentin komitə sədri A.Rəhimzadə "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi barədə də məlumat vermişdir. Bu layihədə rayonun inzibati ərazisində yeni salınmış yaşayış məntəqələri müvafiq olaraq Cavadxan, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı adlandırılır. Yaşayış məntəqələrinə qəsəbə statusu verilir və həmin qəsəbələr dövlət reyestrinə daxil edilir.

Daha sonra "Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunmuşdur. Məlumat verilmişdir ki, Xaçmaz rayonunun Niyazoba və İlxıçı Həsən Əfəndi bələdiyyələrinin tərkibində dəyişiklik edilmişdir. İlxıçı kəndi Niyazoba bələdiyyəsinin tərkibindən çıxarılaraq İlxıçı Həsən Əfəndi bələdiyyəsinin tərkibinə daxil edilmişdir.

İclasda "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" qanun layihəsinə də baxıldı.

Deputatlardan Fəttah Heydərov, Tahir Rzayev, Qalib Salahzadə və başqaları qanun layihələri ilə bağlı çıxış etdilər, rəy və təkliflərini bildirdilər.

Müzakirə olunan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

"Azərbaycan"


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM