Alternative content

04:22 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:07 13.07.2014

l Dövlət tərəfindən verilmiş pay torpaqlarını becərən şəxslərin əmək stajı təmin olunurmu?

 

 Əjdər Tağıyev,

İsmayıllı rayonu

 

 

- “Məşğulluq haqqında” qanunun 3.0.2-ci maddəsi ilə mülkiyyətində torpaq payı olanlar məşğul şəxs hesab olunurlar. “Sosial sığorta haqqında” qanunun 13-cü maddəsinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. Həmin qanunun 14-cü maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən başqa) əmək qabiliyyətli ailə üzvləirinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının: torpaqların 1-ci keyfiyyət qrupu üzrə 12 faizi; torpaqların 2-ci keyfiyyət qrupu üzrə  8 faizi; torpaqların 3-cü keyfiyyət qrupu üzrə 4 faizi; torpaqların 4-cü keyfiyyət qrupu üzrə 2 faizi miqdarında, məcburi dövlət sığorta haqqı ödənilir. “Əmək pensiyaları haqqında” qanunun 21.2.10-cu maddəsinə uyğun olaraq mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət sığorta stajına daxildir.

Beləliklə, məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota duraraq məcburi dövlət sosial sığorta haqqı ödədiyiniz müddət sizin sığorta stajına aid edilir.

 

 

 

l Məhkəmə mənim iclas protokoluna dair qeydlərimi müddətin buraxılması əsası ilə qərardadla geri qaytarıb. Qərardadda yazılıb ki, bu qərardaddan şikayət verilə bilməz.  İş isə apelyasiya məhkəməsinə göndərilib. Bu halda mən nə etməliyəm? Qərardaddan birbaşa apelyasiya şikayəti vermək hüququm varmı?

 

Ceyhun İslamov,

Sumqayıt şəhəri

 

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.3-cü maddəsinə görə şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Bu məcəllənin 274 və 395.1-ci maddələrinin tələblərinə əsasən, həmin qərardaddan şikayət verilməsi mümkün deyildir. Bununla belə, siz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.2-ci maddəsinə əsasən, verilmiş hüquqdan istifadə edə bilərsiniz. Həmin maddəyə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apelyasiya şikayətlərinə daxil edə bilərlər.

 

Cavablandırdı:

Aqil Layıcov,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi