07 Iyul 2014 10:07
976
Milli Məclis
A- A+

Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı Yeni Azərbaycan Partiyası ilə əlaqələrin inkişafına böyük önəm verir

İyulun 7-də Milli Məclisin sədri Oqtay Əsədov Avropa Xalq Partiyasının və Mərkəzçi Demokratlar İnternasionalının baş katibi Antonio-Lopez İsturizin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Oqtay Əsədov ölkənin iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı ilə əlaqələrin dərinləşməsinə xüsusi əhəmiyyət verdiyini söyləmişdir. Qeyd etmişdir ki, bu qurumlarla uğurlu əməkdaşlığın davam etdirilməsi YAP-ın beynəlxalq əlaqələrində prioritet istiqamətlərdəndir. Bu gün partiyanın fəalları Avropa Xalq Partiyasının tədbirlərində fəal iştirak edir, avropalı siyasətçilərlə onları maraqlandıran məsələlər barədə dialoq aparırlar. Biz belə hesab edirik ki, Yeni Azərbaycan Partiyasının Avropa Xalq Partiyasına üzvlüyə qəbulu zamanın tələbidir.
Milli Məclisin sədri bildirmişdir ki, bu gün Yeni Azərbaycan Partiyası dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu siyasi qurumlarla sıx əməkdaşlıq edir. Biz Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı ilə əlaqələrimizi gələcəkdə də davam etdirəcəyik.
Antonio-Lopez İsturiz ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etmişdir. Bildirmişdir ki, onun təmsil etdiyi partiya və təşkilat Cənubi Qafqazda baş verən prosesləri diqqətlə izləyir, Azərbaycanın nüfuzlu siyasi qurumu olan YAP ilə əlaqələrin inkişafına böyük önəm verir.
Qonaq Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə Bakıda aparılan fikir mübadiləsinin önəmli olduğunu bildirmiş, gələcəkdə YAP ilə münasibətlərin daha da dərinləşdirilməsi niyyətində olduqlarını diqqətə çatdırmışdır.
Görüşdə Milli Məclisin deputatı Asəf Hacıyev və digər rəsmi şəxslər iştirak etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video