Alternative content

12:14 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclis hərbi xidmətlə bağlı yeni qanun layihəsini müzakirə edəcək
Milli Məclis hərbi xidmətlə bağlı yeni qanun layihəsini müzakirə edəcək
ANA SƏHİFƏ / Milli Məclis
01:12 02.12.2011

 

Dekabrın 1-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsinin olduğunu bildirdi. Belə bir qanunun qəbulunun zəruriliyini əsaslandıran Ziyafət Əsgərov dedi ki, hazırda ölkəmizdə hərbi xidmət məsələləri "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" və "Hərbi xidmət haqqında" qanunlarla tənzimlənir. Lakin hər iki qanun 1992-ci ildə qəbul olunduğu üçün 1995-ci ildə qüvvəyə minmiş Azərbaycan Konstitusiyasına uyğunluqları baxımından günün tələblərinə cavab vermir. Düzdür, bu qanunlara indiyədək bir sıra əlavə və dəyişikliklər edilib. Bununla belə, respublikamız və Silahlı Qüvvələrimiz inkişafının elə mərhələsindədir ki, sözügedən qanunlara əlavə və dəyişikliklər kifayət etmir. Ona görə yeni fundamental bir qanunun olması zərurəti yaranıb.

Ziyafət Əsgərov onu da bildirdi ki, layihə Milli Məclisə Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə təqdim edilib. Layihənin üzərində il yarım iş aparılıb və bütünlüklə günün tələblərinə cavab verir. Layihənin preambulasında qeyd edilir ki, məqsəd Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyən etməkdir. Bu qanun qüvvəyə mindikdən sonra "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" və "Hərbi xidmət haqqında" qanunlar ləğv ediləcəkdir.

İclasda komitə sədrinin müavini Aydın Mirzəzadə, deputatlardan Fərəc Quliyev, Zahid Oruc, Siyavuş Novruzov, Aqil Abbas, Əliağa Hüseynov layihə ilə bağlı fikirlərini bildirdilər. Çıxışlarda layihənin mükəmməl hazırlandığı, ölkəmizin təhlükəsizlik siyasətinə cavab verdiyi qeyd edildi.

Yekunda qanun layihəsi birinci oxunuş üçün Milli Məclisin müzakirəsinə tövsiyə olundu.

 

"Azərbaycan"