Alternative content

22:37 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:06 22.06.2014

 

Həyat yoldaşımla el adəti ilə ailə qursaq da, rəsmi nikah bağlamamışdıq. Uşağımız olarkən atalığı müəyyənləşdirmək istəsək də, həyat yoldaşımın qəfil vəfatı buna imkan vermədi. Bu halda atalığı müəyyənləşdirmək üçün  hara müraciət etməliyəm?

 

Çimnaz Lətifli,

İmişli rayonu

 

- Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər (Azərbaycan Respublikası Ailə Məcəlləsi, 45.2-ci maddə). Siz atalığın tanınması barədə ərizə ilə yaşayış yeriniz üzrə məhkəməyə müraciət edə bilərsiniz (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, 37 və 309.1-ci maddələr).

 

İddia tələbimin təmin olunması barədə qətnamə qüvvəyə minib və icraya yönəldilib. Lakin icra məmuru qətnamənin izah olunması ilə bağlı məhkəməyə müraciət edib. Onun belə bir səlahiyyəti varmı?

Ağadadaş Şıxəliyev,

Xırdalan şəhəri

 

- İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir ("İcra haqqında" qanun, 14-cü maddə).

 

Cavablandırdı:

Aqil Layıcov,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi