Alternative content

15:35 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Apelyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında
Azərbaycan Respublikası Apelyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında
ANA SƏHİFƏ / Milli Məclis
12:06 21.06.2014

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Bakı Apelyasiya Məhkəməsinin hakimi Natiq Mehdi  oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar  həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

II. Şirvan Apelyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

III. Şəki Apelyasiya Məhkəməsinin hakimi İnşallah Fərrux oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

IV.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 20 iyun 2014-cü il