Alternative content

15:04 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:06 15.06.2014

 

Mən III qrup əliləm, 3 və 5 yaşlarında iki qızım var.  Bu yaxınlarda növbəti əmək məzuniyyətinə çıxmışam, lakin mənə nə əmək stajına görə, nə də iki azyaşlı uşağa görə əlavə məzuniyyət verildi. Bildirdilər ki, mənə əlil kimi məzuniyyət verildiyindən əlavə məzuniyyət düşmür. Bu, qanunidirmi?

Nahidə Sucayeva,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsinə əsasən, əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq, işləyən əlillərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərin məcəllənin 116-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq əmək stajına görə (o cümlədən əmək şəraitinə görə), 117-ci maddəsinin 4-ci hissəsinə müvafiq qaydada isə 14 yaşınadək iki və daha çox uşağa görə  əlavə məzuniyyət hüququ yoxdur. Odur ki, qüvvədə olan əmək qanunvericiliyinin tələbinə görə, sizə əmək məzuniyyəti qanunamüvafiq qaydada verilib.

 

Nənəm 4 il əvvəl vəfat edib. Mülkiyyətində  torpaq sahəsi olub. Yeganə vərəsəsi mənəm, lakin mirasa dair sənədləşmə ilə bağlı  heç  hara müraciət etməmişəm. Vəsiyyətnamə də yoxdur. İndi həmin torpaq sahəsini satmaq istəyirəm. Bunun üçün nə etməliyəm?

 

Qadir Sultanlı,

Şəmkir rayonu

 

- Göstərdiyiniz torpaq sahəsi hazırda hüquqi baxımdan sizə məxsus deyil. Həmin torpaq sahəsinin mülkiyyətçisi olmaq və onu sata bilmək üçün siz  öncə mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etməlisiniz.

 

Cavablandırdı:

Aqil Layıcov,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM