07 Iyun 2014 11:06
1057
Hüquq məsləhəti
A- A+

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

 

İstehsalat qəzası nəticəsində iki əl barmağımı itirmişəm. Mənə əlillik dərəcəsi düşürmü? Əgər düşürsə, bunun üçün hara müraciət etməliyəm ?

 

Nəriman Həziyev,

Xırdalan şəhəri

 

-  İşçi peşə fəaliyyəti ilə əlaqədar istehsalatda baş verən bədbəxt hadisələrdən və peşə xəstəliklərindən məcburi qaydada sığortalanmalıdır. Bu tələb Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsindən və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunvericilikdən irəli gəlir.

İstehsalat qəzası nəticəsində iki barmağın itirilməsinə görə əlillik dərəcəsinin müəyyən edilməsinə gəldikdə isə bunun əsasları "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamə ilə tənzimlənir.  Bir əldə iki barmağın olmaması həmin əsasnaməyə müvafiq olaraq, üçüncü dərəcəli əlillik kimi qiymətləndirilir. Əlillik dərəcəsinin müəyyən edilməsi və verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Siz qeydiyyatda olduğunuz ərazidəki TSEK-ə müraciət edərək əlillik dərəcəsini ala bilərsiniz. Üçüncü dərəcəli əlillk bir il müddətinə təyin edilir.

 

Cavablandırdı:

Aqil Layıcov,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video