Alternative content

03:44 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:11 27.11.2011

 

Rəsmi qaydada nikaha daxil olmuşam. Amma nikah haqqında şəhadətnaməni itirmişəm. Təkrar şəhadətnamə almaq üçün hara müraciət etməliyəm?

Nəzakət Muradbəyli,

Bakı şəhəri

 

- Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" ilə tənzimlənir. Həmin qaydanın tələblərinə görə, siz nikah akt qeydinizin olduğu yer üzrə qeydiyyat şöbəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) ərizə ilə müraciət edə bilərsiniz. Qaydanın 9.3-cü bəndinə görə, təkrar şəhadətnamə almaq haqqında ərizədə aşağıdakılar göstərilməlidir: ərizəçinin adı, soyadı və atasının adı; ünvanı; haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; təkrar tələb olunan şəhadətnamənin növü; vətəndaşlıq vəziyyəti aktının qeydini aparan qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yeri barədə məlumatlar.

Qeyd edək ki, nikah haqqında təkrar şəhadətnamə almaq üçün "Dövlət rüsumu haqqında" qanunun 12.5-ci maddəsinə əsasən 2 manat dövlət rüsumu ödənilməlidir.

lHəyat yoldaşım vəfat etdiyindən 2 yaşlı uşağımı təkbaşına böyüdürəm. İşlədiyim yerdən məndən bəzi hallarda istirahət günlərində işə çıxmağı tələb edirlər. Mən istirahət günlərində işə çağırılmağımın əmək qanunvericiliyinə zidd olunduğunu desəm də, qadağanın 3 yaşına çatmamış uşağı olan qadınlara aid olduğu iddia edilir. Bu doğrudurmu?

A.Məmmədli,

Sumqayıt şəhəri

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 242-ci maddəsinin 1-ci hissəsinə görə, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.

Həmin Məcəllənin 246-cı maddəsinə görə, Məcəllənin 37-ci fəslində azyaşlı uşaqları olan qadınlar üçün müəyyən edilmiş hüquqlar üzrə bütün təminatlar uşaqlarını müəyyən səbəbdən (uşaqların anası öldükdə, valideynlik hüququndan məhrum edildikdə, müəyyən müddət müalicə müəssisələrində və azadlıqdan məhrumetmə yerlərində olduqda) anasız təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına şamil edilir.

Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 242-ci maddəsinin 1-ci hissəsinə əsasən, sizin istirahət günlərində işə cəlb edilməniz qadağandır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi