Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

02:57 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə İraq arasında əlaqələrin qədim tarixi vardır
Azərbaycan ilə İraq arasında əlaqələrin qədim tarixi vardır
ANA SƏHİFƏ / Milli Məclis
01:11 25.11.2011

 

Azərbaycanda səfərdə olan İraqın bələdiyyələr və ictimai işlər naziri, Azərbaycan hökuməti və İraq hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri Adil Muheydər Razi Əl-Maliki noyabrın 24-də Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.

İşçi qrupunun rəhbəri İlham Məmmədov demişdir ki, Azərbaycan ilə İraq arasında əlaqələrin qədim tarixi vardır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz daha da genişlənmişdir. İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolunu xüsusi vurğulayan İ.Məmmədov hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirmişdir. İ.Məmmədov deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışmış, nazirin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Sonra işçi qrupunun üzvü, deputat Qənirə Paşayeva ölkəmizdə həyata keçirilən islahatlar, əldə olunmuş uğurlar, eləcə də regionun və Azərbaycanın inkişafına ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermişdir. Q.Paşayeva bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini və torpaqlarını işğaldan azad edəcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan heç bir dövlətin ərazisinə göz dikməyib və öz ərazisində də ikinci dövlətin yaradılmasına, torpaqlarının işğal altında qalmasına yol verməyəcəkdir.

Adil Muheydər Razi Əl-Maliki Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Qonaq ölkəmizdə dinamik inkişafın şahidi olduqlarını vurğulamış və İraqın Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, münasibətlərimizin daha da genişlənməsində parlamentlərin, xüsusən də dostluq qruplarının rolu böyükdür. 

Sonra görüşdə ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuş, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM