25 May 2014 12:05
799
Hüquq məsləhəti
A- A+

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

 

Ərimlə 7 il əvvəl nikaha daxil olmuşam.  Bir uşağım var. Ərim bu yaxınlarda banklardan birindən kredit götürüb. Lakin həmin krediti ödəmir, özü də evi tərk edib. Bankın nümayəndələri bildirirlər ki,  ev əşyalarınızı verilmiş kreditin əvəzində götürəcəyik. Bu, qanunidirmi?

 

Sona Yusifova,

Bakı şəhəri

 

- Əgər ərinizin aldığı kredit istehlak kreditidirsə və ev əşyaları girov predmeti kimi banka girov qoyulmayıbsa (bu zaman birgə nikahda olduğunuz üçün sizin də girov prosesində razılığınız lazımdır), ümumi istifadədə olan əmlak və ya birgə nikah dövründə əldə olunan əmlaka kredit borcu üzrə tutma yönəldilə bilməz. Azərbaycan Respubikasının qanunvericiliyinə görə, ər-arvadın nikah dövründəki qazandıqları əmlak əgər nikah müqaviləsində başqa qayda müəyyənləşdirilməyibsə, onların birgə mülkiyyəti (ümumi mülkiyyəti) sayılır. Birgə mülkiyyətə isə ər-arvadın hər ikisinin razılığı ilə sərəncam verilə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222 və 225-ci maddələri). Girov qoyulma da sərəncam vermək hüququnu ehtiva ediyi üçün sizin razılığınız olmadan əmlak girov qoyula və ona tutma yönəldilə bilməz.

 

Cavablandırdı:

Aqil LAYICOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video