Alternative content

15:17 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə «Sosial qanunvericilik: reallıqlar və perspektivlər» mövzusunda dinləmələr keçirilmişdir
Milli Məclisdə «Sosial qanunvericilik: reallıqlar və perspektivlər» mövzusunda dinləmələr keçirilmişdir
ANA SƏHİFƏ / Milli Məclis
02:11 24.11.2011

 

AzərTAc xəbər verir ki, noyabrın 23-də Milli Məclisdə Sosial siyasət komitəsinin təşəbbüsü ilə "Sosial qanunvericilik: reallıqlar və perspektivlər" mövzusunda dinləmələr keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin müvafiq nazirliklərinin, rayon icra hakimiyyətlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli demişdir ki, tədbirin keçirilməsində məqsəd əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün hazırda qüvvədə olan qanunları, normativ hüquqi sənədləri bir daha nəzərdən keçirmək, dövrün tələbinə uyğun olaraq onlarda bəzi dəyişikliklər etmək, zərurət sahələrlə bağlı yeni qanun layihələri hazırlamaqdır.

Bildirilmişdir ki, Milli Məclisdə qəbul olunmuş "Duzun yodlaşdırılması haqqında" Qanunun tətbiqi ölkədə yod çatışmazlığı kimi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynamışdır. Eləcə də erkən nikah yaşının artırılması, gənclərin nikaha daxil olarkən müəyyən sənədlərin tələb olunması, hamiləliyə görə qadınlara verilən məzuniyyətlə bağlı Ailə Məcəlləsinə edilən dəyişikliklər, "Ana südü ilə qidalanma haqqında", "Gənclər siyasəti haqqında" qanunların qəbulu da öz müsbət nəticələrini verməkdədir.

Milli Məclisin deputatları, eləcə də Mədəniyyət və Turizm, Səhiyyə, Vergilər, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, yerli icra hakimiyyətlərinin nümayəndələri ölkədə əhalinin sosial problemlərinin həlli, qanunların icra mexanizmləri ilə bağlı görülən işlərdən danışmış, mövcud problemləri təhlil etmiş, onların həlli ilə bağlı rəy və təkliflərini bildirmişlər.

Qeyd olunmuşdur ki, dövlətin imkanları artdıqca əhalinin sosial problemlərinin həllinə də diqqət artır.

Dinləmələrin sonunda səslənən təkliflərin toplanaraq bir daha nəzərdən keçiriləcəyi və buna uyğun olaraq müvafiq addımların atılacağı bildirilmişdir.