Alternative content

19:56 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV «Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında» qanun layihəsi ikinci oxunuşda müzakirə olunmaq üçün Milli Məclisə tövsiyə edilmişdir
«Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında» qanun layihəsi ikinci oxunuşda müzakirə olunmaq üçün Milli Məclisə tövsiyə edilmişdir
ANA SƏHİFƏ / Milli Məclis
02:11 24.11.2011

 

Milli Məclisin Aqrar siyasət komitəsinin noyabrın 23-də keçirilmiş iclasında "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur.

AzərTAc xəbər verir ki, komitə sədri Eldar İbrahimov layihənin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, aqrar sahənin inkişafı üçün vacib sənədlərdən biri olan bu layihənin üzərində birinci oxunuşdan sonra bəzi dəyişikliklər aparılmışdır. Qanun mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının ərzaq məhsulları istehsalı və kənd təsərrüfatı, elmi-tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyətlərini tənzimləyəcəkdir.

Sonra Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Şahmərdan Kərimov layihə barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, sənəd mədəni bitkilərin indiki və gələcək nəsillərin maraqlarını nəzərə almaqla sosial-mədəni və tarixi irsin mühafizəsi üçün qorunmasını, səmərəli istifadəsində dövlət siyasətinin hüquqi əsaslarını müəyyənləşdirəcəkdir. Qanun layihəsində birinci oxunuşdan sonra səslənən təkliflər nəzərə alınaraq 18 dəyişiklik edilmişdir. Qanuna 10 yeni müddəa əlavə olunmuş, səkkizi isə çıxarılmışdır.

Komitə üzvləri "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanunun qəbulunu zəruri saymışlar. Deputatlar bildirmişlər ki, aqrar sənayedə ən mühüm məsələlərdən biri bitkilərin genetik ehtiyatlarının qorunmasıdır.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir.