Alternative content

08:40 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:04 27.04.2014

 

Adıma olan mülkü nəvəmə bağışlamaq istəyirəm. Qanunvericilikdə buna məhdudiyyət  varmı?

 

İradə Şükürova,

Bakı şəhəri

 

-  Bağışlama müqaviləsi təktərəfli elə bir müqavilədir ki, hədiyyə verənin sağ ikən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləşdirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçünçü şəxslərə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və üçüncü şəxslər qarşısında əmlak vəzifəsindən azad ediməsi ola bilər. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına bağışlama yolu ilə sərəncam o halda verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.  Fəaliyyət qabiliyyəti olmayan şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrinin məsuliyyətinin saxlanılması şərti ilə, habelə qəyyumluq və  himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər. 

Qanunun tələblərindən göründüyü kimi, əgər əmlak sizin adınızadırsa və həmin əmlak üzərində ərinizin pay hüququ yoxdursa (əks halda bağışlama müqaviləsi ancaq həmin paya uyğun olaraq həyata keçirilə bilər), əmlakı müqavilə ilə nəvənizə bağışlaya bilərsiniz.   Daşınmaz əşyaların bağışlama müqaviləsi yazılı şəkildə olmalı və notariat qaydada təsdiq olunmalıdır. Əks halda bağışlama müqaviləsi əhəmiyyətsizdir.

 

Cavablandırdı:

Aqil Layıcov,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi