Alternative content

15:35 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə görüş
Milli Məclisdə görüş
ANA SƏHİFƏ / Milli Məclis
04:11 17.11.2011

 

Noyabrın 16-da  Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xarici işlər və əməkdaşlıq naziri yanında dövlət katibi Lətifə Axarbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Mərakeş Krallığı-Azərbaycan münasibətlərindən, iqtisadi, mədəni və digər sahələrdə əldə edilən nailiyyətlərdən danışılmışdır.

Ziyafət Əsgərov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün ölkələr, o cümlədən Mərakeş Krallığı ilə əlaqələr qurmuşdur. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensial vardır. Ümid edirik ki, bu cür səfərlər əməkdaşlığımızın inkişafında mühüm rol oynayacaq.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açan Z.Əsgərov bildirdi ki, bu problemin həll olunmaması bölgədə sülh və əmin-amanlığın təminatına ciddi əngəl yaradır. Ermənistan bununla bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə, ATƏT-in, Avropa Şurasının qərarlarına məhəl qoymur, işğalçılıq siyasətindən əl çəkmir. Biz şadıq ki, Mərakeş Krallığı bu məsələnin həllində beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir.

Görüş üçün təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Lətifə Axarbaş Azərbaycanı BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etdi. O dedi ki, Mərakeş parlamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsinə  böyük önəm verir. Çünki bu əlaqələr hər iki ölkə arasında müxtəlif sahələrdə olan əməkdaşlığın genişləndirilməsi üçün baza rolu oynayır. Nümayəndə heyətinin rəhbəri xüsusi vurğuladı ki, Mərakeş Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

"Azərbaycan"