Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:31 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 2012-ci ilin dövlət büdcəsi ölkəmizin davamlı inkişafını təmin edəcək
2012-ci ilin dövlət büdcəsi ölkəmizin davamlı inkişafını təmin edəcək
ANA SƏHİFƏ / Milli Məclis
04:11 17.11.2011

 

Noyabrın 16-da Milli Məclisin İqtisadi siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə iclası keçirildi. İclasda "Azərbaycan Respublikasının 2012-ci dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə edildi. İclası aparan Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri  Ziyad Səmədzadə dedi ki, Azərbaycan Respublikası son 10 ildə böyük inkişaf yolu keçib. Sosial-iqtisadi inkişafı xarakterizə edən bütün göstəricilər yüksəlib. Bunun nəticəsi kimi inkişafın Azərbaycan modeli formalaşıb. Məhz bu modellə inkişaf edən Azərbaycan beynəlxalq maliyyə-iqtisadi böhranından minimum itki ilə çıxıb.

Ziyad Səmədzadənin sözlərinə görə, ölkəmizin ən böyük uğurlarından biri də mükəmməl büdcə sisteminin formalaşdırılmasıdır. İldən-ilə Azərbaycanın dövlət büdcəsi daha peşəkarlıqla hazırlanır. 2012-ci ilin dövlət büdcəsinin layihəsi də büdcə qanunvericiliyinin tələblərinə uyğun yüksək səviyyədə hazırlanıb. Layihədə əsas göstəricilərin dinamikasında müsbət meyillər var və bu, Azərbaycanın davamlı inkişafından xəbər verir.

İclasda iştirak edən Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov respublikamızın 2012-ci il dövlət büdcəsinin layihəsi barədə ətraflı məlumat verdi. O bildirdi ki, ölkənin 2012-ci il üçün dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq  əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyət və ortamüddətli inkişafa təsir göstərən daxili və xarici amillər, o cümlədən 2011-ci ilin ötən 9 ayı ərzində  iqtisadiyyatın inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilib. Bununla yanaşı, 2011-ci ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi və onun dəqiqləşdirilməsi, həmçinin 2010-cu ilin dövlət büdcəsinin icrasının Milli Məclisdə müzakirəsi zamanı deputatların, Hesablama Palatasının irəli sürdükləri təklif və tövsiyələr öyrənilərək onların əksəriyyəti gələn ilin dövlət büdcəsi layihəsində nəzərə alınıb. 2012-ci ilin dövlət və icmal büdcə layihələri hazırlanarkən Prezident İlham Əliyevin dövlətimizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq sosial məsələlərin həllinə, əhalinin yaşayış və məşğulluq səviyyəsinin artırılmasına, ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsinə, regionların və sahibkarlığın inkişafına, digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilib, tələb olunan məbləğdə vəsait nəzərdə tutulub. Bununla yanaşı, növbəti ilin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı İqtisadi İnkişaf Nazirliyinin hazırladığı 2012-2015-ci illər üzrə Azərbaycan Respublikasının ortamüddətli makroiqtisadi proqnoz göstəriciləri əsas götürülüb, dövlət büdcəsi gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti 80 ABŞ dolları səviyyəsində qəbul edilib.

Maliyyə naziri onu da qeyd etdi ki, dünyada hələ də mövcud olan təzadlı iqtisadi durum və bir çox dövlətlərdə, o cümlədən Avropa İttifaqına daxil olan inkişaf etmiş ölkələrdə yaşanan böhran, onun Avropa maliyyə bank sisteminə, habelə qlobal iqtisadi artıma mənfi fəsadları şəraitində 2012-ci ilin dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürətinə ehtiyatla yanaşılıb.

2012-ci ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 37,8 faizi həcmində proqnozlaşdırılır. Mütləq ifadədə gələn ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon manat və yaxud 2011-ci ilin proqnozuna nisbətən 5,7 faiz (882,2 milyon manat), 2010-cu ilin faktiki icrasına nisbətən isə 44,1 faiz (5 milyard 33 milyon manat) çox nəzərdə tutulur.

2012-ci ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 310 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır. Bu, 2011-ci ilin göstəricilərinə nisbətən 2,9 faiz (150 milyon manat) çoxdur. Dövlət Gömrük Komitəsi üzrə isə dövlət büdcəsinə 1 milyard 200 milyon manat gəlir proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 5,3 faiz (60 milyon manat) çoxdur. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti 9 milyard 905 milyon manat (2011-ci illə müqayisədə 701,8 milyon manat çox), sair daxilolmalar isə 21,4 milyon manat təşkil edəcək.

Gələn il dövlət büdcəsinin xərcləri 16 milyard 984 milyon manat nəzərdə tutulur. Bu, 2011-ci ildən 6,5 faiz (1 milyard 43 milyon manat) çoxdur. Dövlət büdcəsi xərclərinin 51,8 faizi cari xərclərə, 46,1 faizi əsaslı xərclərə, 2,1 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

Layihəyə əsasən sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 27,8 faiz olmaqla 2011-ci illə müqayisədə 0,9 faiz artmışdır. Mütləq ifadədə bu xərclər 4 milyard 713 milyon manata çatacaq. Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi kursa müvafiq olaraq 2011-ci ildə əməkhaqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdün artımının təmin edilməsi və cari ilin sonuna gözlənilən artımın tətbiqi hesabına 2012-ci ilin dövlət büdcəsində 800 milyon manat vəsait nəzərdə tutulur.

2012-ci ildə dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 4 milyard 325 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu, 2011-ci ildən 421 milyon manat çoxdur. İlk dəfə olaraq 2012-ci ilin dövlət büdcəsində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası üçün 20 milyon manat vəsait ayrılıb.

Ölkəmizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün müdafiə xərclərinə 2012-ci il dövlət büdcəsi xərclərinin 14,8 faizi həcmində vəsait ayrılacaq ki, bu da 2011-ci ilə nisbətən 1,9 faiz çoxdur. Eyni zamanda gələn ilin büdcəsinin dövlət əsaslı vəsaiti qoyuluşu xərclərində də müdafiə xərcləri üçün müvafiq investisiya layihələri üzrə vəsait nəzərdə tutulacaq.

2012-ci il dövlət büdcəsinin kəsiri 548 milyon manat və ya ümumi daxili məhsulun 1,3 faizi həcmində nəzərdə tutulur. Kəsirin maliyyələşdirilməsi özəlləşmədən, xarici və daxili borclanmadan, 2012-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar hesabına həyata keçiriləcək.

Maliyyə naziri Samir Şərifov onu da bildirdi ki, Azərbaycan Respublikasının 2012-ci il icmal büdcəsinin gəlirləri 18 milyard 220 milyon manat, xərcləri isə 20 milyard 26 milyon manat nəzərdə tutulur. İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olaraq 305 milyon manat proqnozlaşdırılır. İcmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 2011-ci ilə nisbətən 289 milyon manat artımla proqnozlaşdırılaraq 2 milyard 454 milyon manat təşkil edəcək.

Çıxışının sonunda Samir Şərifov qeyd etdi ki, 2012-ci il üçün dövlət və icmal büdcə layihələri Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsini, əsas dövlət və sosial vəzifələrin uğurla həyata keçirilməsini, qarşımızda duran prioritet inkişaf hədəflərinə doğru məqsədyönlü irəliləyişi maliyyə baxımından təmin edəcək.

İclasda büdcə layihəsi ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatasının rəyi də dinlənildi. Hesablama Palatasının sədri Heydər Əsədov dedi ki, ötən illərdə olduğu kimi, 2012-ci ildə də dövlət büdcəsinin əsas ideya xətti Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf prioritetlərinin maliyyə təminatını yaratmaq olacaq. Layihəyə əsasən büdcənin resurslarının artımı ondan xəbər verir ki, 2012-ci ildə də dövlətimizin bu ali iqtisadi sənədi sosial-iqtisadi inkişafa mühüm dəstək verəcək. Dövlət büdcəsini xarakterizə edən əsas amillərdən danışan Heydər Əsədov növbəti ildə xarici konyunkturadan asılılığın aşağı düşəcəyini, neftin bir barelinin qiymətinin 80 ABŞ dolları səviyyəsində müəyyən olunmasının heç bir risk yaratmayacağını bildirdi. Büdcədə şəffaflığın təmin olunmasını da yüksək qiymətləndirən Hesablama Palatasının sədri dedi ki, investisiya xərclərinin ünvanlı verilməsi büdcənin yeniliklərindən biridir. Bir sıra təklifləri diqqətə çatdıran Heydər Əsədov respublikamızın gələn il üçün dövlət büdcəsinin layihəsinin qanunvericiliyə uyğun hazırlandığını və Hesablama Palatasının bu ali iqtisadi sənədin Milli Məclisdə təsdiq edilməsini dəstəklədiyini diqqətə çatdırdı.

Sonra deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Elton Məmmədov və Fuad Muradov dövlət büdcəsinin layihəsi ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər. İclasda iştirak edən Azərbaycan Respublikasının Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, vergilər nazirinin birinci müavini Natiq Əmirov qaldırılan məsələlər və büdcə layihəsi ilə bağlı fikirlərini bildirdilər.

Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov dedi ki, neftdən gələn gəlirlərin inkişafa yönəldilməsi qeyri-neft sektorunun yüksəlməsində böyük rol oynayır. Ölkəmizin yeni neft strategiyası məhz inkişafa xidmət edir.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov 2012-ci ilin dövlət büdcəsi layihəsinin yüksək səviyyədə hazırlandığını bildirdi. Qeyd etdi ki, layihədə bütün sahələr üzrə artım Prezident İlham Əliyevin uğurlu siyasətinin göstəricisidir.

Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun sözlərinə görə, dövlət büdcəsinin düzgün tərtib olunması ölkənin iqtisadi sabitliyinin və inkişafının mühüm amilidir. Qeyd etdi ki, hazırda bir sıra ölkələrdə iqtisadi böhranların baş verdiyi vaxtda Azərbaycanın davamlı inkişafı, büdcə layihəsinin yüksək səviyyədə hazırlanması ölkəmizdə həyata keçirilən düzgün iqtisadi siyasətdən  xəbər verir. Ziyafət Əsgərov onu da bildirdi ki, Azərbaycan dövləti ağıllı iqtisadi siyasət həyata keçirir və atılan bütün addımlar elmi əsaslara söykənir.

Yekunda maliyyə naziri Samir Şərifov müzakirələrdə qaldırılan məsələlərə münasibət bildirdi. Sonda Azərbaycan Respublikasının 2012-ci il üçün dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Rəşad CƏFƏRLİ,

Ağaəli MƏmmƏdov (foto)

"Azərbaycan"


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM