Alternative content

03:26 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bolqarıstan Prezidenti Georgi Pırvanov Milli Məclisdə olmuşdur
Bolqarıstan Prezidenti Georgi Pırvanov Milli Məclisdə olmuşdur
ANA SƏHİFƏ / Milli Məclis
03:11 16.11.2011

 

Azərbaycana rəsmi səfəri çərçivəsində Bolqarıstan Prezidenti Georgi Pırvanov noyabrın 15-də Milli Məclisdə olmuşdur. Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov qarşılamışdır.

Bolqarıstan Prezidenti əvvəlcə parlamentin iclas zallarına baxmış, burada deputatlar üçün yaradılmış şəraiti, tətbiq olunan müasir texnoloji sistemi yüksək qiymətləndirmişdir.

Prezident parlamentdəki Heydər Əliyev xatirə zalında da olmuşdur. Ali qonağa Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkələrin parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri, Milli Məclisin qəbul etdiyi mühüm hüquqi sənədlər barədə məlumat verilmişdir.

Bolqarıstan dövlətinin başçısı xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra Prezident Georgi Pırvanov Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.

O.Əsədov ölkələrimiz arasında mövcud münasibətləri yüksək qiymətləndirərək demişdir ki, Azərbaycan-Bolqarıstan əlaqələrinin dərin kökləri vardır. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. İmzalanmış dövlətlərarası və hökumətlərarası sənədlər əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradır. Bu səfər çərçivəsində imzalanmış sənədlər həmin bazanı daha da möhkəmləndirmişdir.

Sədr münasibətlərin möhkəmlənməsində parlamentlərin, qanunverici orqanlardakı dostluq qruplarının xüsusi rolundan danışmışdır.

O.Əsədov demişdir ki, Azərbaycan Avratlantik strukturlara inteqrasiya edir. Lakin, Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə törədir. Təcavüzkar Ermənistan problemin həlli ilə bağlı BMT və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymur. Azərbaycanın inkişaf dinamikası Ermənistandan qat-qat üstündür. Amma biz bütün bunlara baxmayaraq, problemin sülh yolu ilə ədalətli həllinə tərəfdarıq.  Ümidvarıq ki, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli istiqamətində dost ölkələr səylərini artıracaqlar.

Milli Məclisin Sədri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Bolqarıstan dövlətinin başçısına minnətdarlığını bildirmişdir.

Yenidən Azərbaycanda, eləcə də Milli Məclisdə olmağından məmnun qaldığını vurğulayan Georgi Pırvanov demişdir: "Azərbaycana hər gəlişimizdə böyük və sürətli inkişafın şahidi oluruq. Bakı çox dəyişmişdir. Biz bu inkişafdan sevinirik".

Bolqarıstan Prezidenti vurğulamışdır ki, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının rolu böyükdür. Əməkdaşlığımızın daha da genişlənməsində və möhkəmlənməsində  parlamentlər də mühüm rol oynayır. Ona görə də düşünürəm ki, qanunverici orqanlar arasında əlaqələr daha da genişləndirilməli və inkişaf etdirilməlidir.

Ali qonaq bildirmişdir ki, Azərbaycan zəngin təbii sərvətlərə malikdir və etibarlı tərəfdaş imici qazanmışdır. Bu da bizə bütün sahələrdə, eləcə də enerji sahəsində əməkdaşlığı, ticarət dövriyyəmizi genişləndirməyə imkan yaradır.

Bolqarıstan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bir daha vurğulamış, problemin həlli ilə bağlı rəsmi Sofiyanın mövqeyinin dəyişməyəcəyini bildirmişdir.

 

AzərTAc