Alternative content

12:00 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:04 06.04.2014

 

Bankdan kredit alması üçün dostuma zamin dayanmışdım. Lakin indi onun pulu yoxdur və krediti qaytara bilmir. Mən onun əvəzinə pul ödəmək niyyətində deyiləm. Bu halda nə baş verə bilər?

 

Orxan Səmədov,

Xırdalan şəhəri

 

- Kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyindən bank borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu məhkəmə işi üzrə siz cavabdehlərdən biri kimi çıxış edəcəksiniz. Çünki krediti qaytarmaq öhdəliyi icra edilmədiyindən siz və dostunuz bank qarşısında birgə məsuliyyət daşıyırsınız (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 472.1-ci maddə). Əgər pulu könüllü şəkildə ödəməsəniz, onda məhkəmə qətnaməsi "İcra haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq icra məmurları tərəfindən məcburi şəkildə icraya yönəldiləcəkdir. Lakin siz zamin qismində banka ödədiyiniz pulun qaytarılmasını, habelə həmin məbləğdən faizlərin və dostunuzun əvəzinə məsuliyyətlə bağlı çəkdiyiniz digər zərərin əvəzinin ödənilməsini sonradan ondan (dostunuzdan) reqres qaydasında geri tələb edə bilərsiniz. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi