Alternative content

14:06 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Konstitusiya Məhkəməsi plenumunun növbəti iclası olmuşdur
Konstitusiya Məhkəməsi plenumunun növbəti iclası olmuşdur
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
02:11 13.11.2011

 

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun xüsusi Konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.

İclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu ilə əlaqədar konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsi plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələbetmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələbetmə anından başa çatmış hesab edilir.

Hədə-qorxu ilə tələbetmə cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində əks olunan "zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə" tövsifedici əlamətinin həmin Məcəllənin 182.1-ci maddəsinin dispozisiyasına uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

AzərTAc