Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:39 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:03 30.03.2014

 


1958-ci il təvəllüdlüyəm, 2 övladım var. 25 ildir ki, rayon  xəstəxanasında infeksion xəstəliklər üzrə həkim işləyirəm.  Müəssisəmizdə bəzi orta tibb işçiləri və texniki işçilərə zərərli əmək şəraiti ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin mənim pensiyaya çıxmaq barədə müraciətimə cavab olaraq DSMF-nin rayon şöbəsində bildirdilər ki, yuxarıda qeyd etdiyim güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ həkimlərə şamil olunmur. Bilmək istəyirəm, zərərli sahədə çalışdığım üçün güzəştli şərtlərlə yaşa görə mənə pensiya təyin edilməlidirmi?

 

Təranə ABBASOVA,

Goranboy rayonu, Qarqucaq kəndi

 

-  "Əmək pensiyaları haqqında"  Azərbaycan Respublikasının Qanununda əmək pensiyalarının növlərindən biri yaşa görə pensiyadır. Ümumi olaraq 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə pensiyaya çıxmaq hüququ vardır. Qeyd edək ki, yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılır (qadınlar üçün yaş həddi 2014-cü il üzrə 59 yaş 6 ay müəyyən edilmişdir).  Eyni zamanda, yaşa görə pensiyaya güzəştli şərtlərlə çıxmaq hüququ olan şəxslər də mövcuddur. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajı olduqda güzəştli şərtlərlə pensiyaya çıxa bilərlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na əsasən vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində çalışan orta və kiçik tibbi heyətin güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Həmin siyahıda həkimlər nəzərdə tutulmamışdır.

 

Cavablandırdı:

Aqil Layıcov,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM