Alternative content

13:01 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:11 13.11.2011

 

Mən və yoldaşım hazırda işsizik. Öz evimiz olmadığı üçün kirayədə qalırıq. İki uşağımız var. Biri 4 yaşında, digəri isə 7 aylıqdır. Onların heç biri üçün aylıq müavinət almırıq. Bilmək istəyirik ki, valideynləri işləməyən uşaqlara dövlət tərəfindən aylıq müavinət verilirmi? Verilirsə, hara müraciət etməliyik? Bir də bilmək istəyirik ki, ünvanlı yardım hansı kateqoriyalı ailələrə şamil edilir?

 

R.Süleymanov,

Bakı şəhəri

 

- "Sosial müavinətlər haqqında" Qanunun 4.0.1.10-cu maddəsində bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət təyin olunması nəzərdə tutulmuşdur. Lakin sözügedən müavinətin təyin olunması üçün həmin ailənin ünvanlı sosial yardım almaq hüququ olmalıdır (adıçəkilən qanunun 7.0.10-cu maddəsi). Ünvanlı sosial yardım almaq hüququ ilə bağlı münasibətlər "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunla nizamlanır. Bu qanunun 3-cü maddəsinə görə, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunla ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat məbləğində təsdiq edilmişdir.

Sualınızdan hansı səbəbə görə işləməməyiniz, işsiz kimi qeydə alınıb-alınmamağınız aydın olmadığından ailənizin sosial yardım hüququna malik olub-olmadığını dəqiq demək mümkün deyil. Bununla belə, siz aztəminatlı ailə kimi sosial yardımın alınması üçün yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edə bilərsiniz. Qeyd edək ki, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsini və verilməsindən imtina edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" ilə tənzimlənir. Əgər ailənizə ünvanlı sosial yardım təyin edilərsə, onda "Sosial müavinətlər haqqında" qanunun 4.0.1.10 və 7.0.10-cu maddələrinə əsasən sizə bir yaşınadək uşağı olan aztəminatlı ailə kimi sosial müavinət verilə bilər.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM