Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:09 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilmişdir
“Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilmişdir
ANA SƏHİFƏ / Milli Məclis
06:03 13.03.2014
Martın 13-də Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət və təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılmışdır.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirmişdir ki, qanun layihəsi ötən il Milli Məclisə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunmuşdur.
Məlumat verilmişdir ki, qanun layihəsi Azərbaycan vətəndaşlarının sağlam və estetik cəhətdən əlverişli ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir. Yaşıllıqların mühafizəsi ilə əlaqədar mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir.
Vurğulanmışdır ki, ikinci oxunuşda qanun layihəsinin 14 maddəsinə 40-dan çox əlavə və dəyişiklik edilmiş, 2 yeni maddə, 21 yeni müddəa əlavə olunmuş, 8 müddəa isə çıxarılmışdır.
Milli Məclisin deputatı Eldar Quliyev vurğulamışdır ki, son illər Azərbaycanda yaşıllıqların qorunması istiqamətində bir sıra mühüm işlər görülür. Artıq ölkəyə bir çox xarici dövlətlərdən də ağaclar gətirilir. Lakin gətirilən ağaclara qulluq edilməsində çatışmazlıqlar mövcuddur. Belə ki, Bakıya çoxlu sayda gətirilmiş ağaclar müəyyən dövrdən sonra tələf olur. Ona görə də ölkənin təbiətinə uyğun olan ağaclar gətirilməli və həmin ağaclara qulluq etmək qaydaları ətraflı öyrənilməlidir.
“Azərkimya” İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev xaricdən Azərbaycana idxal olunan ağac, gül kollarının, tinglərin fitosanitar nəzarətdən keçirilməsinin və bununla bağlı qanun layihəsində müəyyən məqamların nəzərdə tutulmasının vacibliyini vurğulamışdır.
Müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM