23 Fevral 2014 12:02
831
Hüquq məsləhəti
A- A+

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

 

Yol hərəkəti qaydalarını pozan piyada ona kəsilən cəriməni ödəməsə, əmlakının müsadirəsi mümkündürmü?

 

Həsən Nəcəfli,

Bakı şəhəri

 

- Yol hərəkəti qaydalarını pozan piyadaların inzibati məsuliyyətə cəlb olunması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.1-ci maddəsinə əsaslanır. Cəriməni ödəməyən vətəndaşların əmlakının müsadirəsindən söhbət gedə bilməz. Lakin nəzərə almaq lazımdır ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.5-ci maddəsinə görə, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları icra sənədi sayılır. Başqa sözlə, cərimənin könüllü şəkildə ödənilməməsi halında, cərimənin tətbiq olunması barədə qərar icra sənədi kimi müvafiq icra məmuru tərəfindən məcburi şəkildə icraya yönəldiləcəkdir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir ("İcra haqqında" qanunun 43.1.1-ci maddəsi). Beləliklə, burada söhbət əmlak müsadirəsindən deyil, məcburi icra tədbirlərinin görülməsindən gedir ki, bu da "İcra haqqında" qanunun tələblərinə uyğundur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video